Aclıq aksiyası keçirən məhbusları Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları hədələyib.
Meydan TV yazır ki, bu barədə beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Bayram Məmmədovla İlkin Rüstəmzadə ailələrinə məlumat verib.
Siyasi məhbusların ailə üzvləri onların aclığı davam etdirdiklərini deyirlər:
İlkinə deyiblər ki, hamısı sənin işlərindi, sənin başının altından çıxır. Bayramı da hədələyiblər ki, belə davam etsəniz, qoşun yeridəcəyik. Ərizələrini götürüb qeydə almayıblar. Buna görə onların aclıq aksiyasına hər hansı bir tibbi dəstək yoxdur. Əhsən Nuruzadəni də hədələyiblər.
Nə baş verib: Hazırda məhbus həyatı yaşayan Mehman Hüseynova qarşı azadlığına iki ay qalmış qarşı yeni cinayət işi açılıb. Yeni cinayət işinə etiraz olaraq Mehman Hüseynov aclıq elan edib. Sonradan bu aksiyaya ictimai fəallar, siyasətçilər və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər də qoşulublar.