Müsavat başqanı Arif Hacılı "Məhsul" stadionunda keçirilən mitinqdə. Foto: Turan

Müsavat Partiyasının başqanı Arif Hacılı ürək-damar sistemindəki problemlərlə bağlı Türkiyədə əməliyyat olunub.

Azadlıq Radiosu yazır ki, bu barədə A.Hacılının qardaşı, Mustafa Hacıbəyli məlumat verib.

Onun sözlərinə görə, əməliyyat yanvarın 15-də Ankara yaxınlığındakı klinikalardan birində baş tutub:

Ürəyinə stendlər qoyulub. Artıq Arif Hacılı xəstəxanadan çıxıb, özünü yaxşı hiss edir.

O, bildirib ki, A.Hacılı gələn həftə Azərbaycana qayıdacaq.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin