Müsavat Partiyasının başqanı Arif Hacılı ürək-damar sistemindəki problemlərlə bağlı Türkiyədə əməliyyat olunub.
Azadlıq Radiosu yazır ki, bu barədə A.Hacılının qardaşı, Mustafa Hacıbəyli məlumat verib.
Onun sözlərinə görə, əməliyyat yanvarın 15-də Ankara yaxınlığındakı klinikalardan birində baş tutub:
Ürəyinə stendlər qoyulub. Artıq Arif Hacılı xəstəxanadan çıxıb, özünü yaxşı hiss edir.
O, bildirib ki, A.Hacılı gələn həftə Azərbaycana qayıdacaq.