Facebook şirkəti şəxsi məlumatları icasəsiz paylaşdığına görə, bu zamana qədərki ən böyük cəzanı ala bilər.
WSJ agentliyinin verdiyi məlumata görə, ABŞ-da bir neçə requlyator-hakimlər Facebook şirkətinə məhkəmə işi başlatmağı planlaşdırır. Federal Ticarət Komissiyasında da müzakirə edilən bu məsələ şirkətin son fiyaskosundan sonra ilk cəza müzakirəsi olacaq.
Əgər məhkəmə cəzanı təsdiqləsə, bu, 2021-ci ilə qədər Google şirkətinə mütləq ödənilmə şərti ilə verilən 22,5 milyon dollarlıq cəzadan daha böyük olacaq.
- Bir neçə il öncə Google və Facebook da daxil olmaqla bir neçə şirkətin Federal Ticarət Komissiyası qarşısında razılaşdığı anlaşmaya görə, şirkətlər istifadəçi məlumatlarını onlardan icazəsiz istifadə edə və paylaşa bilməz. Sosial media nəhəngi bu anlaşmanı Cambridge Analytica skandalında pozub, milyonlarla istifadəçinin şəxsi məlumatlarını paylaşıb.