Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qiyas İbrahimovun anası: Qiyasın üstünə atılıb, vurmaq istəyiblər

06 Fevral 2019
A A
Qiyas İbrahimovun anası: Qiyasın üstünə atılıb, vurmaq istəyiblər

Qiyas İbrahimov "Xəmsə" intellektual yarışında iştirak edərkən. Foto: şəxsi arxiv

Beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Qiyas İbrahimovun anası Şura Əmiraslanova həbsdə oğluna qarşı təzyiqlərin olduğunu deyir. O, Mikroskop-a açıqlamasında bildirib ki, Q. İbrahimovla bu gün baş tutan görüşləri zamanı məlum olub ki, cəzaçəkmə müəssisəsində ona telefon danışmağa icazə verilmir. Bu təzyiqlər isə Qiyasın Mehman Hüseynov və digər siyasi məhbuslara dəstək üçün keçirdiyi aclıq aksiyasından sonra başlayıb:

Telefonla danışmağına icazə verilmir, Həsən adlı bir nəfər onu təxribata çəkir. Hərtərəfli nəzarətə götürüblər, heç nəyə imkan vermirlər. Qiyas həmişə onların gözü önünüdə yazırdı, heç nə etmirdilər. Bu gün icazə vermədilər ki, o, yazdığı məktubu mənə versin, əlimdən aldılar. Mən də buna etiraz etdim. Rəisin müavini ilə görüşüm oldu, mənə dedi ki, indiyəcən sizə hörmət edirdik. Mən də dedim ki, heç bir hörmətiniz lazım deyil, biz haqqımızı istəyirik.

Buna da bax: Aclıq aksiyasına başlayan siyasi məhbusların məktubunun tam mətni

Ş.Əmiraslanova deyir ki, Qiyas İbrahimov aclıq aksiyasını davam etdirdiyi ərəfədə iki dəfə evlə əlaqə saxlamaq istəsə də ona icazə verilməyib və deyilib ki, telefon xarabdır:

Qiyas da etiraz edib ki, o gələndə başqaları danışırdı, necə olub ki, növbə ona çatanda telefon işləməyib. Əvəzində təhqir olunub, cavab qaytarandan sonra da həmin şəxs Qiyasın ütsünə atılıb onu vurmaq istəyib. Qiyas deyir ki, onu təxribata çəkməyə çalışıblar, istəyiblər ki, aclıq aksiyasını zorla dayandırsın.

Nə baş verib: Qiyas İbrahimov 2016-cı il oktyarın 25-də 10 il müddətinə azadlıqdan məhrum edilib. O, külli miqdarda narkotik maddənin dövriyyəsində təqsirli bilinir. Qiyas İbrahimov Bayram Məmmədovla birlikdə həmin il mayın 10-da Heydər Əliyevin heykəlinə “qul bayramınız mübarək” sözləri yazdıqdan sonra saxlanıblar. Fəallar və beynəlxalq təşkilatlar onların məhz heykəldəki yazıya görə həbs olunduğunu deyir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia