ABŞ Kinoaktyorları Gildiyasının (Screen Actors Guild Award) bu ilki qalibləri açıqlanıb.
Guardian yazır ki, “Black Panther” ən yaxşı film adına layiq görülərək “Oscar” yarışında güclü rəqiblərini geridə qoya biləcəyini sübut edib.
Gecədə “A Star is Born”, “Bohemian Rhapsody”, “Crazy Rich Asians” və “BlacKkKlansman” filmləri də mükafata layiq görülüb.
Rami Malek “Bohemian Rhapsody” filmindəki performasına görə ən yaxşı aktyor mükafatını alıb.
Ən yaxşı aktrisa nominasiyasında isə əsas mükafat “The Wife” filmində baş rolu ifa edən Qlenn Klouza verilib.
Ən yaxşı ikinci plan aktyoru Maherşala Əli (“Green book”), ən yaxşı ikinci plan aktrisası isə Emili Blant (“A Quiet Place”) seçilib.
Bu il “Oscar”a ən çox nominasiya üzrə namizəd olan “Roma” və “The Favorite” filmləri gecədən əliboş qayıdıb.
Televiziya kateqorisiyasında isə Sandra Oh “Killing Eve” serialındakı performansına görə dram janrı üzrə ən yaxşı aktrisa, Ceyson Beytman isə “Ozark”dakı rolu ilə ən yaxşı aktyor hesab edilib.
ABŞ Kinoaktyorları Gildiyası Oscar mükafatlarının xəbərçisi hesab edilir. Burada mükafata layiq görülən filmlərin “Oscar” qazanmaq şansı yüksək olur.