“Müsəlman Birliyi” hərəkatının Nardaran hadisələri zamanı həbs olunan sədri Taleh Bağırzadə və hərəkatın üzvü Abbas Hüseyn cəza çəkdikləri Qobustan qapalı həbsxanasında aclıq aksiyasına başlayıb.
Bu barədə məlumatı siyasi məhbus Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı Zümrüd Yağmur yayıb. Onun sözlərinə görə, Taleh Bağırzadə artıq 5 gündür, Abbas Hüseyn isə 2 gündür ki, aclığı davam etdirir.
A.Hüseynin ailəsindən deyiblər ki, o, aksiya barədə telefonda məlumat verərkən təzyiqlə üzləşib, telefonun dəstəyi əlindən alınıb və danışmağına imkan verməyiblər.
A.Hüseynin verdiyi məlumata görə, Taleh Bağırzadə hamamdan və telefon əlaqəsindən məhrum edilib.
Bunların həbsxana rəisi Avtandil Ağayevin birbaşa iştirakı ilə həyata keçirildiyi iddia edilir.
https://www.facebook.com/MikroskopMedia/videos/2181560088838676/