Araşdırmalar qadın beyninin kişilərin beyni ilə müqayisədə daha gec qocaldığını üzə çıxarıb.
Vaşinqton Universitetinin Tibb fakultəsində aparılan tədqiqatlar göstərib ki, qadınların beyni gənc qaldığı üçün yeni biliklər əldə etmək və yaradıcılıq kimi mövzularda onlar bioloji üstünlüyə malikdirlər.
Prof. Dr. Manu Qoyalın rəhbərliyi altında aparılan tədqiqatlar zamanı 20 – 82 yaş aralığındakı 205 nəfərin beyin tomoqrafiyaları çəkilib və onların beyninin müxtəlif hissələrində istifadə edilən qlükoza ilə oksigenin miqdarı ölçülüb. Buradan əldə edilən məlumatla həmin şəxslərin yaşlarını tapmağa çalışan kompüterlər üzə çıxarıb ki, bəzi insanların beyin yaşı ilə real yaşı arasında uçurum var.
M. Qoyal tədqiqatın nəticəsini belə açıqlayıb:
Qadınlar kişi yaşıdları ilə müqayisədə təxminən, 4 yaş daha gənc beyinə sahibdirlər. Bu fərqin nədən yarandığını isə hələlik müəyyənləşdirə bilməmişik.