Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Gucci”nin 890 dollarlıq koftası irqçilik iddialarına görə satışdan yığışdırılıb

08 Fevral 2019
A A
“Gucci”nin 890 dollarlıq koftası irqçilik iddialarına görə satışdan yığışdırılıb

Brendin satışdan yığışdırmaq məcburiyyətində qaldığı sviter. Foto: "Gucci"

Brendin satışdan yığışdırmaq məcburiyyətində qaldığı sviter. Foto: “Gucci”

İtaliyanın məşhur moda evi “Gucci” üzün yarısını örtən və iri qırmızı dodaq təsviri ilə diqqət çəkən sviterin (“balaclava” model koftanı) satışdan yığışdırmalı olub.

Buna səbəb isə sosial media istifadəçilərinin həmin geyimi “Qara tarix ayı” (ABŞ-da hər ilin fevral ayı afrika mənşəli amerikalıların fəaliyyətlərini və keçmişini işıqlandırmaq məqsədilə “Black history month” olaraq qeyd olunur) ilə əlaqələndirmələri olub.

Bildirilir ki, 890 dollarlıq həmin kofta 2018-ci ilin payız-qış kolleksiyasında satışa çıxarılıb.

Yəni, əslində geyim “Twitter” və “Instagram” istifadəçilərinin diqqətini bir az gec cəlb edib. Sosial şəbəkə istifadəçiləri həmin geyimin fotolarını çərşənbə günü paylaşmağa başlayıblar. Onlar hazırda ABŞ-da “Qara tarix ayı” olduğunu xüsusi vurğulayıblar.

Həmin günün axşamı isə moda evi üzr istəyib və koftanın satışdan yığışdırılacağını, rəsmi internet səhifəsindən fotolarının silinəcəyini açıqlayıb.

Gucci deeply apologizes for the offense caused by the wool balaclava jumper.
We consider diversity to be a fundamental value to be fully upheld, respected, and at the forefront of every decision we make.
Full statement below. pic.twitter.com/P2iXL9uOhs

— gucci (@gucci) February 7, 2019

  • Əslində “Gucci” irqçilikdə ittiham olunan və buna görə geri addım atmalı olan ilk moda evi deyil. Məsələn, ötən ilin dekabrında “Prada” özünün “Pradamalia” seriyasından olan iri qırmızı dodaqlı qara meymun formasındakı açarlığı satışdan yığışdırıb.

  • Ondan öncə, noyabrda da oxşar hadisə baş verib. Belə ki, “Dolce & Gabbana”nın reklam çarxındakı çubuqlarla pizza və spagetti yeyən çinli model müsbət qarşılanmayıb. Nəticədə brendin Şanxaydakı moda nümayişlərindən biri ləğv edilib. Bir neçə Çin şirkəti isə brendlə əməkdaşlığı dayandırıb.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia