Həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin kassasiya şikayəti təmin edilməyib.
Azadlıq Radiosu yazır ki, bunu F.Əhmədlinin atası Zəfər Əhmədli bildirib.
Onun sözlərinə görə, kassasiya şikayəti F.Əhmədlinin cəzaçəkmə müəssisəsindən məntəqə tipli müəssisəyə köçürülməsi istəyi ilə bağlı olub.
Nə baş verib: F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb.
F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.
O, ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir.