Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb.
Report yazır ki, bu barədə Vergilər Nazirliyinin geniş tərkibli kollegiya iclasında nazir Mikayıl Cabbarov bildirib.
O, vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinin, vergi apelyasiya sisteminin təkmilləşdirilməsininin vacibliyini vurğulayıb.
Nazir bildirib ki, sahibkarların hüquqlarını qorumaq, vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların fəaliyyətini qiymətləndirmək üçün yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılır.