Milli Şura fevralın 23-də “Məhsul” stadionunda 15:00-dan 17:00-a qədər mitinq keçirilməsi barədə qərar qəbul edib. Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli məlumat yayıb. Onun sözlərinə görə, mitinqlə bağlı xəbərdarlıq artıq Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib.
Mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, problemli kreditlərin dövlət tərəfindən ödənilməsi və s.dir.
Sonuncu mitinq nə vaxt olub: Milli Şura digər müxalifət partiyaları ilə birlikdə sonuncu dəfə yanvarın 19-da mitinq keçirib. Həmin mitinqin əsas tələbi bloqqer Mehman Hüseynovun azad edilməsi ilə bağlı olub. 26 yanvarda da mitinq keçirmək barədə BŞİH-ə müraciət edilsə də, icazə verilməyib.