Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına elektron protokol tərtib edilib.
Report yazır ki, elektron qərarda Elxan Mirzəquluzadənin bu il, yanvarın 4-də Salyan yolunun 29-cu kilometrliyində “Nissan Patrol” markalı avtomobillə radara düşdüyü göstərilir. Buna görə o, 50 manat məbləğində cərimələnib.
Mərhumun həyat yoldaşı Zakirə Zakirqızı məhkəməyə müraciət etməyi düşünür:
Həyat yoldaşım 4 il bundan əvvəl dünyasını dəyişib. Ümumiyyətlə, bizim “Nissan Patrol” markalı avtomobilimiz olmayıb. Yol polisini məhkəməyə verməyi düşünürəm.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyev isə məsələ ilə əlaqədar araşdırma aparıldığını bildirib.