Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, “bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyliyə hökm oxunub.
Hakim Səbuhi Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, ona 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verillib.
M.Hacıbəyli Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilinib.