Çərşənbə, 14 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

231 yaşlı Artur Şopenhauer

22 Fevral 2019
A A
231 yaşlı Artur Şopenhauer

Artur Şopenhauer. Foto: biography.com

İrrasionalizm fələsfəsinin ən tanınmış mütəfəkkiri Artur Şopenhauer, 1788-ci il fevralın 22-də Almaniyanın Qdansk əyalətində dünyaya göz açıb.

Gənclik illərində bir sıra Qərbi Avropa dövlətlərinə səyahət edib və bu vaxtlardan onda pessimist dünyagörüşü və inqilabi hərəkatlara inkarçı baxış formalaşıb.

Olduqca şöhrətpərəst və bədgüman bir insan olan Artur, hər zaman insanlara inamsızlıqla yanaşıb. Hər zaman qorxulu xəstəlikdən ölməkdən qorxub və xəstəliyə yoluxmamaq üçün bir neçə dəfə yaşayış yerini dəyişməli olub.

Həyatı boyu latın, ingilis, fransız, italyan və ispan dillərinə yiyələnib. Ən sevimli peşəsi- kitab oxumaq olub. Tədqiqatlara görə, onun kitabxanasında 1375 oxunmuş kitab olub.

Onun əsas fəlsəfi işi – “İradə və dizayn üzərində qurulmuş dünya” adlı kitabında yer alıb.

“Xoşbəxtlik haqqında”

Hər kəs üçün onun öz şəxsiyyəti ən dəyərli və ən əhəmiyyətli şeyə çevrilməlidir. Sənin xoşbəxt olma ehtimalın məhz bundan asılıdır. Buna nə qədər çox nail ola bilsən, nəticədə, öz daxilində nə qədər çox həzz mənbələri aşkarlaya bilsən, o qədər çox xoşbəxt olacaqsan…

Axı bütün xarici həzz və xoşbəxtlik mənbələri, təbiətcə etibarsız, şübhəli və keçicidir. Onlar situsiyadan asılıdırlar və buna görə də bu mənbələr hətta ən əlverişli şərtlərdə belə tükənə bilərlər. Bu qaçılmazdır. Ürəyin istədiyi vaxt onları tapmaya bilərsən. Bütün hallarda bu mənbələr sən qocaldıqca tükənməyə başlayır: bu zaman sevgi bizi tərk edir, daha əvvəlki tək şənlənə bilmirik, səyahət və ya at yarışlarına olan ehtirasımız yavaş-yavaş öləziyir, cəmiyyət üçün yararsızlaşırıq; nəhayət ölüm bizi qohum-əqrəbadan və dostlardan məhrum edir.

Bütün bu reallıqlar fonunda bizimçün ən önəmli olan şey öz daxili aləmimiz, öz içimizdir. Bizim şəxsi keyfiyyətlərimiz daha etibarlıdır. Onlar hər yaşda daha gerçəkdirlər və bizimçün etibarlı xoşbəxtlik mənbəyinə çevrilə bilərlər.

Ümumiyyətlə, dünyadan elə də çox şey qoparmaq mümkün deyil: o, ehtiyac və kədərlə doludur. Bütün bunlardan yaxa qurtarmaq istəyənləri hər addımbaşı tənhalıq güdməkdədir. Çünki ümumi qaydaya əsasən güc axmaq başlanğıca məxsusdur, ən həlledici söz isə budur: “axmaqlıq”. Tale qəddar, insanlar aciz. Belə bir axmaq dünyada zəngin daxili dünyaya malik olan insan zülmətli və qarlı dekabr gecəsi işıqlı, şən, isti otağa bənzəyir. Məhz ona görə də yüksək, zəngin fərdi keyfiyyət, xüsusən də, dərin zəka bu dünyada yeganə xoşbəxtlik mənbəyidir.

Ümumiyyətlə, öz daxili rahatlığını və azadlığını — fərqi yoxdur, tamamən və ya qismən — hansısa şan-şöhrət, rütbə, dəbdəbə, hörmət və şərəf uğrunda qurban vermək ən böyük axmaqlıqdır…

Mənəvi gücə sahibləmiş insan heç bir iradi müdaxilə olmadan da, yalnız ağıl vasitəsilə nəyləsə maraqlana bilər, hətta bu onun üçün çox vacibdir. Bu maraq onu „tanrıların yüngül və şən həyatı” atmosferinə yüksəldir. Başqalarının həyatı isə mənasız şəkildə axıb gedir; onların bütün arzu və məqsədlərini vulqarcasına yalnız şəxsi rifahlarına həsr edirlər. Daha doğrusu, mənasız sıxıntılarla mübarizəyə. Məhz ona görə də bu məqsədlərə nail olan kimi amansız tənhalığın cənginə keçirlər.

Əksinə, mənəvi gücə sahiblənmiş insan isə həyat haqqında zəngin düşüncələrin içində canlı və mənalı həyat sürür. Əgər özünü həsr etməyə zaman tapsa, onu yalnız layiqli diqqət maraqlandırır, çünki bütün yüksək həzz mənbələri onun öz daxilindədir. Öz daxili impulsları onu təbiət hadisələri və insan həyatı haqqında əsrarəngiz tamaşaya, eləcə də, yaşadığı dövrdən və ölkədən asılı olmayaraq, dahi insanların rəngarəng əsərlərinə qonaq edir. Bütün bunlardan həzz almağı yalnız və yalnız o bacarır. Bu əsərləri və bu əsərlərin dəyərini yalnız o dərk edə bilər. Düzü, bununla intellektli insanın daha çox oxumağa, daha çox görməyə, savadlanmağa, düşünməyə, eləcə də, asudə zamana ehtiyacı bir az da çoxalır…

Ona görə də istedadlı adam öz şəxsi həyatı ilə yanaşı, həm də ikinci, məhz mənəvi həyat yaşayır. Getdikcə bu mənəvi həyat onun üçün əsas məqsədə, şəxsi həyatı isə bu məqsədə çatmaq üçün vasitəyə çevrilməyə başlayır. Başqaları isə bu vulqar, boş və darıxdırıcı mövcudluğu həyatlarının əsas məqsədi hesab edirlər…

“Normal”, ortabab insan xoşbəxtliyi özündə yox, var-dövlətdə, rütbədə, arvadda və uşaqlarda, dostlarda, cəmiyyətdə axtarmağa və öz xoşbəxliyini bunların üzərində qurmağa məcburdur. Ona görə də, bu insan onları, yaxud onlara olan inamını itirən kimi öz xoşbəxtliyi də əlindən çıxır. Bu vəziyyəti belə bir formula ilə ifadə etmək olar: „Onun ağırlıq mərkəzi onun özündə deyil”. Ona görə də onun arzuları və kaprizləri tez-tez dəyişir: əlinə imkan düşən kimi bağ evi və at alır, şənliklər və səyahətlər təşkil edir, ümumiyyətlə dəbdəbəli həyat sürür. Həzzi özündə yox, hər zaman kənarda axtarır, öz sağlamlığını bulyonda axtaran xəstə kimi. Halbuki əsl mənbə onun öz içindədir…

Tərcümə: Mahmud Ağakişioğlu

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024
Detallı

COP29-a ev sahibliyi edən neft ölkəsində iqlim və işçi hüquqları necə pozulur? 

06 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia