Nəsimi Rayon Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayevin həbs müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.
Report yazır ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, vəsatət təmin edilib, H.Abdullayevin həbs müddəti daha 3 ay uzadılıb.
Nə baş verib: Hüseyn Abdullayev Türkiyə ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib. O, vergidən yayınma, dələduzluq, hədə-qorxu ilə tələb etmə və eyni əməllərin xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi maddələri də ittiham edilib.