Avropa Məhkəməsi NİDA Vətəndaş Hərəkatının hazırda həbsdə olan üzvü İlkin Rüstəmzadəyə kompensasiya ödənilməsi barədə qərar verib.
Siyasi məhbusun bacısı Türkan Rüstəmzadənin yaydığı məlumata görə, məhkəmənin qərarına əsasən Azərbaycan hökuməti İlkin Rüstəmzadəyə;
mənəvi zərərə görə 20 min avro,
məhkəmə xərclərinə görə isə 2500 avro ödəməlidir.
Məhkəmə Konvensiyanın 5.1-ci maddəsinin pozuntusunu tanısa da 18-ci maddəni tanımayıb.
Nə baş verib: Avropa Məhkəməsinə İlkinin 2013-cü ildə açılan cinayət işi çərçivəsində barəsində seçilən həbs qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılmasından şikayət edilib.
İlkin niyə həbs olunub: Gənc fəal 2013-cü il martın 10-da “Əsgər ölümlərinə son” aksiyasının təşkilatçılarındandır. O, NİDA hərəkatının həmin il həbs olunan 8 üzvündən biridir. O, zorakılıq, kütləvi iğtişaşların təşkili və bu kimi digər qanun pozuntularında ittiham olunaraq həbs olunub. Beynəlxalq təşkilatlar İlkin Rüstəmzadəni siyasi məhbus kimi tanıyıb.
18 maddə nədir: Bu maddə dövlətin öz vətəndaşlarının hüquqlarını hər hansı məqsədlə məhdudlaşdırmasını qadağan edir.