Bir sıra ölkələrin aviaşirkətləri 2 gün öncə Efiopiyada qəzaya uğrayan Boeing-737 MAX-8 təyyarəsindən istifadəni müvəqqəti olaraq dayandırdıqlarını elan ediblər.
Azərbaycanda ən çox sərnişin daşıyan aviaşirkət hesab edilən AZAL ilə Boeing korporasiyası arasında imzalanan sazişə əsasən bu ilin sonundan etibarən 3 il ərzində Bakıya 10 ədəd Boeing 737 MAX-8 təyyarəsi göndəriləcək.
Bununla bağlı açıqlama verən AZAL-ın prezidenti Cahangir Əsgərov planda heç bir dəyişiklik olmadığını deyib:
Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq
Nə baş verib: 2018-ci il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər araşdırmanın nəticələri müəyyən edilənədək Boeing 737 MAX-8 təyyarələrinin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.