Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Apple ilin ilk tədbirində nələri təqdim edib?

26 Mart 2019
A A
Apple ilin ilk tədbirində nələri təqdim edib?

Apple özünün yeni “News” tətbiqini təqdim edir. Foto: Tony Avelar / AP

Texnologiya nəhəngi Apple şirkətinin dünən ilin ilk tədbiri baş tutub.
Şirkət hər zaman olduğu kimi bu dəfə də həm maraqlı, həm də qəribə məhsullar təqdim edib. Tədbirin sujet xətti öncədən təxminən bəlli olsa da, təqdim edilən bəzi yeni məhsullar gözlənilməz olub.

Apple özünün yeni “News” tətbiqini təqdim edir. Foto: Tony Avelar / AP

Yeni “News” tətbiqi və “News+” xidməti

Şirkət bir neçə il öncə təqdim etdiyi News tətbiqini yeniləyib. Təqdimat zamanı “dünyanın bir nömrəli tətbiqi” kimi təqdim etdiyi “News” xidməti vasitəsilə istifadəçilər məşhur jurnal və qəzetlərə abunə ola biləcək. Milyonlarla insanın oxuduğu “The New Yorker”, “TIME”, “Variety”, “Rolling Stones”, “Happier” kimi 3000-dən artıq jurnal və qəzet bu tətbiqdə əlçatan olacaq.

Şirkət bu məhsulda da gizliliyə önəm verdiyini, istifadəçilərin nə oxuduqlarını izləmədiklərini və reklam yerləşdirilməyəcəyini bildirib. Aylıq abunə haqqı 9,99$ olaraq müəyyənləşən xidmət ilk ay tamamilə ödənişsiz olacaq. Yeni məhsul 2019-cu ilin payızından etibarən dünyanın 10-dan çox ölkəsində aktiv olacaq, hazırda isə sadəcə Kanadada aktivdir.

Oyun abunəliyi sistemi – Apple Arcade

Tədbirdə təqdim olunan digər məhsul da oyun abunəliyi sistemi olan Apple Arcade olub. Sistem aylıq abunəlik ilə çalışacaq və abunə olan istifadəçilər bu platforma üçün xüsusi hazırlanmış oyunları oynaya biləcək. Xidməti fərqləndirən əsas xüsusiyyət isə onun bütün Apple ekosistemində çalışmasıdır. Sistemə bir dəfə abunə olmaqla bütün Apple cihazlarınızda oyun oynamaq mümkün olacaq.

Təqdimat zamanı platformada 100-dən artıq oyun olduğunu bildirən şirkət, zaman keçdikcə oyun sayının artacağını bildirib. Sistem üçün şirkət Disney, Konami və Lego kimi böyük oyun istehsalçıları ilə partnyorluq edir.

Məhsul bu ilin payızından istifadəçilər üçün 150-dən artıq ölkədə aktiv olacaq.

Apple Pay üçün Apple Card sisteminin təqdimatı. Foto: stereo-news.com

Apple Pay üçün Apple Card

Şirkət bildirib ki, Apple Pay ödəniş sistemi vasitəsilə indiyə qədər 10 milyard ödəniş prosesi aparılıb. Lakin hələ də dünyanın bir çox ölkəsində aktiv olmayan ödəniş sisteminin bu il ərzində 40-da artıq ölkədə aktivləşəcəyi bildirilib.

İnnovativ Apple Pay üçün Apple Card məhsulu da elan edilib. Bütün digər Apple məhsulları ilə inteqrasiya edilmiş kartı əldə etmək üçün gözləməyə ehtiyac olmadığını bildirən Cennifer Biley, sadəcə bir neçə dəqiqə ərzində kartı əldə etməyin mümkün olduğunu təqdimat zamanı göstərib.

Kart həmçinin cashback funksiyasına da sahibdir. “Daily Cash” adlandırılan özəllik sayəsində Apple Pay ödənişlərinin 2%-i, Apple məhsullarını satın aldığımız zaman isə 3%-i istifadəçinin hesabına geri qayıdır. Digər bank kartlarından fərqli olaraq bu kartı əldə etmək pulsuzdur.

Apple Pay dəstəklənməyən ölkələrdə problem yaşamamaq üçün kart sadəcə rəqəmsal deyil, fiziki olaraq da təqdim olunur. Titaniumdan hazırlanan kartın üzərində ad və soyaddan başqa heç bir məlumat yoxdur. Fiziki kart vasitəsilə edilən ödənişlərdə isə 1% cashback qazanmaq olacaq.

Yeni Apple TV və Apple TV+

Təqdimatda şirkət yenilənmiş Apple TV tətbiqini tanıdıb. Tətbiq artıq sadəcə tvOS platforması üçün deyil, digər Apple platformaları üçün də əlçatandır. Tamamilə reklamsız təqdim edilən tətbiqdə HBO, SHOWTIME, Starz kimi kontent istehsalçılarının məhsulları yer alıb.
Hazırda 10 ölkədə istifadə olunan Apple TV-nin gələcəkdə 100-dən artıq ölkədə aktiv olacağı gözlənilir. Yenilənmiş tətbiq bu ilin may ayından aktiv olacaq.

Təqdimatın ən çox gözləniləni isə Apple TV+ oldu. Bu platformada şirkətin özünün yaratdığı veriliş, film və sənədli filmlər yer alacaq.
Təqdimatda iştirak edən rejissor Stiven Spilberq, Apple şirkətinin yaratdığı və yalnız Apple TV+ platformasında yayımlanacaq “Amazing Stories” filmindən danışıb.

Cennifer Aniston, Ris Vizerspun və Stiv Karrel “The Morning Show” adlı serialın qadın və kişi münasibətlərindən, iş həyatından və məlumatlandırıcı səhnələrdən ibarət olacağını deyib. Cennifer Aniston bu serialın onu yenidən səhnələrə qaytaran səbəb olduğunu bildirib.
Onlar kimi bir neçə məşhur ulduzunun yer aldığı təqdimatda son olaraq səhnəyə çıxan Oprah Apple TV+ platformasında yayımlanacaq iki yeni sənədli filmini elan edib.

Digər məhsullar kimi Apple TV+ da tamamilə reklamsız və maksimum gizliliyə sahib olacaq. Məhsulun qiyməti və nə zaman satışa çıxacağı barədə məlumatlar isə bu ilin payızında veriləcək.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia