Fövqəladə Hallar Nazirliyi Bakının Nizami rayonunda baş verən güclü yanğına görə ticarət obyektlərinin söküntüsünə başlandığı barədə açıqlama yayıb.
Məlumata görə, ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.
Hazırda gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.