Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev oxuduğu meyxanaya görə saxlanılıb. DİN Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib ki, dediyi meyxana ilə narkotiki təbliğ edib.
Onun üzərində aparılan axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş marixuana aşkar edilib.
İlkin dindirmə zamanı V. Abdullayev həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Nə baş verib: Son günlər sosial şəbəkələrdə narkotikdən istifadəni təbliğ edən meyxana yayılıb. “Vüqar Səda”nın oxuduğu meyxanada “Kazbek” sözü də işlədilib. Məsələ ictimai rezonans doğurub.