Bu gün İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib. O, Ərdoğanı bələdiyyə seçkilərində Ədalət və İnkişaf partiyasının (AKP) qələbə qazanması münasibəti ilə təbrik edib.
Türkiyədə isə hələlik rəsmi nəticələr elan edilməyib. Seçki qutularının hamısı açılmayıb.
İndiyə qədər açılan seçki qutularında böyük şəhərlərdə müxalif partiyaların ittifaqının namizədi irəlidədir.
Ankara, İzmir, Adana və Antalya kimi böyük şəhərlərdə Millət İttifaqı üstünlük əldə edib.