Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinin banklara olan 1 000 manata qədər borcu bağışlanacaq.
Bu barədə qərar “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin geniş tərkibli iclasında qəbul edilib.
ABA-nın yaydığı məlumata görə, şəhidlərin bir nəfər ailə üzvünün kreditləri bankların öz vəsaitləri hesabına ödəniləcək.
Bu, 360 gündən artıq gecikməsi olan 1 000 manata qədər krediti (faiz borcu daxil olmaqla) əhatə edir.
Banklara bu istiqamətdə əlavə güzəşt imkanlarının araşdırılması tövsiyə olunub.