Şri-Lanka hökuməti paytaxt Kolombodakı terror aktlarını “Milli Tavhid-Camaatı” adlı qruplaşmanın törətdiyini açıqlayıb.
Anadolu Agentliyi yazır ki, hadisəni 7 terrorçu-kamikadzenin törətdiyi məlum olub.
Partlayışlar nəticəsində ölənlərdən 35-i xarici ölkə vətəndaşıdır. Onlar arasında Böyük Britaniya, Danimarka, Hollandiya, Portuqaliya, Hindistan, Çin, Avstraliya və Türkiyə vətəndaşları var.
Terror aktı zamanı Danimarkanın 4,5 milyard dollar sərvəti olan iş adamı Anders Holç Povlsenanın 3 uşağı həlak olub.
Aprelin 23-ü Şri-Lankada matəm günü elan edilib.
Prezident Maytripala Sirisenanın mətbuat xidməti hökumətin sabahdan fövqəladə vəziyyət rejimi tətbiq edəcəyini bəyan edib.
Nə baş verib: Dünən Şri-Lankanın paytaxtı və ona yaxın bölgələrdə gün ərzində ümumilikdə 8 partlayış törədilib. Terrorçular 3 kilsə, 3 otel və daha 2 yerdə partlayış törədib. Polis terror nəticəsində 290 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını açıqlayıb. Ölənlərdən 3-ü polisdir.
Polis partlayışları törətməkdə şübhəli bilinən 24 nəfəri saxlayıb.
Terror aktını törətdiyi bildirilən “Milli Tavhid-Camaatı” qruplaşması İraq və İordaniyada fəaliyyət göstərən silahlı təşkilatdır. 1999-cu ildə İrodaniyada Əbu Musab əz-Zəkəriyyə tərəfindən qurulub.