Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq idarəsinin rəisi Eldar Əhmədov ölkədən çıxış qadağası olan jurnalistləri qəbul edib. Jurnalist Natiq Cavadlının sözlərinə görə, o bildirib ki, qadağanın götürülməsi ilə bağlı proses artıq başlanıb:
O, xatırlatdı ki, artıq Aynur Elgünəşin stopu götürülüb və bizimlə də bağlı iş gedir. Yəqin ki, yaxın günlərdə cavab veriləcək. Bizə elə gəldi ki, ümidverici cavabdır.
Nə baş verib: Meydan Tv-nin rəhbər şəxslərinə qarşı 2015-ci ildə cinayət işi açılıb. Cinayət işi əlaqədar bu media ilə əməkdaşlıq etmiş müstəqil jurnalistlər bir neçə dəfə Ağır Cianyətlərə dair İşlər üzrə İStintaq İdarəsində dindirilib. Onların ölkədən çıxışına qadağa qoyulub.