Dünən Türkiyə Ali Seçki Şurasının (YSK) qərarı ilə bələdiyyə seçkilərinin İstanbuldakı nəticələri ləğv edilib və namizədlər olduğu kimi qalmaqla səsvermənin yenidən keçiriləcəyi açıqlanıb.
Sözcü qəzeti yazır ki, 31 mart seçkilərində xeyli səs toplamış bir neçə namizəd Əkrəm İmamoğlunun xeyrinə namizədliklərini geri götürüb.
Təkrar seçkidə iştirakdan imtina edənlər:
- Türkiyə Kommunist Partiyasının namizədi Zəhra Günər, əvvəl topladığı səs – 10 min 492 səs
- Türkiyə Kommunist Hərəkatının dəstəklədiyi müstəqil namizəd Aysel Tekerek – 1520 səs
- Özge Akman – 2 min 437 səs
Bu 3 namizədə dəstək verən ümumilikdə 14 min 442 seçicinin bu dəfə İmamoğluna səs verəcəyi ehtimal edilir.
- Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarına görə təkrar seçki iyunun 23-də keçiriləcək.