Avropa İttifaqı “Dünyada insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair” illik hesabat yayıb.
Turan yazır ki, hesabatın Azərbaycana aid hissəsində burada insan hüquqları ilə bağlı vəziyyətin hələ də narahatlıq doğurduğu vurğulanıb.
Bildirilib ki, fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir.
Sənəddə həmçinin həbslərə diqqət yetirilib:
Məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanılması halları baş verib. Vəkillər Assosiasiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxmasını qadağan edən yeni qaydalar ədalət mühakiməsinə əlçatımlığa ciddi şəkildə mane olur. Vəkillər Assosiasiyası İnsan hüquqları (İH) müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyasını əlindən alıb
Hesabatda Aİ-Azərbaycan arasında yeni Saziş ətrafında aparılan danışıqlara da toxunulub:
Demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sazişin əsasında duran məsələlərdir