Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəyə “S-400” zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.
Bu barədə CNBC telekanalının yaydığı məlumata görə, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni “F-35” proqramından çıxaracaq, Türkiyə vəd olunmuş yüzlərlə qırıcıdan məhrum ediləcək və ABŞ-ın sanksiyaları ilə üzləşəcək. Bu halda NATO-nun da Türkiyəyə “reaksiya” göstərəcəyi istisna edilmir.