Hindistanın baş naziri Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyası (BJP) parlament seçkilərində qələbə çalıb.
Guardian yazır ki, Modinin partiyası 542 yerlik parlamentdə 299 yeri qazanıb.
Modi öz “Twitter” hesabında “Hindistan yenə qalib gəldi”, yazaraq qələbəsini bəyan edib.
Rəsmi nəticə isə axşam saatlarında elan olunacaq.
- Hindistanda parlament seçkiləri 7 mərhələdən keçib və 6 həftədən çox vaxt alıb. Seçkidə 900 milyondan çox seçiçinin iştirak etdiyi ehtimal olunur. Bu seçki iqtisadi islahatları qarışıq nəticələr versə də, populyarlığını artıran Modi ilə bağlı bir referendum sayılırdı.