“Game of Thrones” serialında Con Snou obrazını canlandıran aktyor Kit Herinqton reabilitasiya mərkəzinə yerləşdirilib.
Sputnik yazır ki, 8 ildir davam edən serialın gətirdiyi şöhrətə öyrəşə bilməyən Kit Herinqton stress keçirib və alkoqolizmə qurşanıb.
32 yaşlı aktyor aylıq ödənişinin 120 min dollar olduğu mərkəzdə 1 aydır ki, müalicə olunur.
O, qısa müddət öncə “Variety” jurnalına verdiyi müsahibəsində canlandırdığı obrazın ölməsindən sonra roluna yenidən adaptasiya olmaq üçün psixoloq köməyi aldığını etiraf edib:
Conun öldükdən sonra geri qayıtması və hamının diqqətinin bu obrazda cəmlənməsi ən qaranlıq dövr idi. Bu xoşuma gəlməmişdi
- “Game of Thrones” ötən həftə final seriyası ilə ekranla vidalaşıb.