Şimali Koreya lideri Kim Çen In 5 diplomatı edam etdirib.
Cənubi Koreya mediası – Chosun yazır ki, buna səbəb ABŞ Prezidenti Donald Trampla fevral ayında Hanoyda keçirilən ikinci sammitdə heç bir razılaşma əldə olunmamasıdır.
Edam edilənlərdən 4-nün Xarici İşlər Nazirliyinin əməkdaşları olduğu bildirilir. Ölkənin ABŞ üzrə xüsusi nümayəndəsi Kim Hek Çhol da edam edilənlər arasındadır. Onlar ABŞ-ın məqsədini kifayət qədər dərk etməmək və müzakirələr haqqında lazımi formada hesabat verməməkdə günahlandırılıblar. Edam edilənlər haqqında əsas ittiham isə ABŞ-a cəsusluq etməkləri olub. Onlar mart ayında Pxenyanın Mirim hava limanında edam edilib.
Həbs olunanlar:
- Kim Çen Inın 1-ci müavini Kim Yon Çhol – katorqa cəzası
- “United Front Department”dən Kim Sonq- He – siyasi həbsxana düşərgəsi
- Liderin nüfuzunu ləkələməkdə ittiham olunan tərcüməçi Şin He-Yonq – həbsxana düşərgəsi
Kim Çen In ölkədaxili sabitliyin qorunması və uğursuz zirvə görüşünə görə ictimai narazılığı azaltmaq məqsədilə digər məmurların da cəzalandırılması barədə əmr verib.
- Kim Çen In ilə D.Tramp arasında Hanoyda baş tutan ikinci sammitdə Pyonqyanqın nüvə silahı proqramı müzakirə edilib.