Ölkələrdə gender bərabərliyinin vəziyyətini öyrənmək üçün ilk dəfə qlobal indeks hazırlanıb.
Guardian yazır ki, indeksin nəticələrinə görə, heç bir ölkə 2030-cu ilə qədər gender bərabərliyinə tam nail olmağa hazır deyil.
Bildirilir ki, ölkələr qadınların həyat şərtlərini yaxşılaşdırmaq üçün kifayət qədər səy göstərmir. İndeksdə yüksək bal toplayan Skandinaviya ölkələri belə gender bərabərliyinə tam nail olmaq üçün böyük addımlar atmalıdır. Hazırda 2,8 milyard qadın onlara normal həyat şəraiti yaradılmayan və bunun üçün səy göstərməyən ölkələrdə yaşayır.
Qadınların həyatına təsir edən müxtəlif meyarlar nəzərə alınaraq ölkələrə 100-ə qədər bal verilib.
Bu meyarlar hansılardır:
- Qadınların online bank sistemindən istifadəsi
- İnternetə çıxış imkanları
- Təmiz su mənbələrindən istifadə
- Kişilərlə eyni miqdarda maaş almaq imkanı
- Parlamentdə təmsil olunma
- Şiddətə məruz qalma halları və s.
Planetdəki qadınların 95 faizinin yaşadığı 129 ölkənin ümumi göstəricisi 65.5 bal olub ki, bu da onların qoyulan hədəfdən çox uzaq olduqlarını göstərir.
Bu 3 qlobal regiondakı heç bir ölkə gender bərabərliyi barədə “yaxşı” hesab edilməyib.
- Qara Afrika (sub-Sahara Afrika) (33 ölkə)
- Yaxın Şərq və Şimali Afrika (11 ölkə)
- Latın Amerikası və Karib (21 ölkə)
Cəmi 21 ölkə 80 və daha artıq bal toplaya bilib. 21 ölkə isə 50-dən daha az bal toplayıb. Birinci pillədə 89.3 balla Danimarka yerləşib:
10. Avstraliya 85.2
17. Böyük Britaniya 82.2
28. ABŞ 77,6
40.Gürcüstan 72.8
49.Ermənistan 70,6
59.Rusiya 67,6
61. Azərbaycan 67.5
70. Türkiyə – 65.2
74. Çin 64.7
Siyahının sonunda isə 33.4 balla Çad yer alıb.
BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) barədə sənəd imzalayıb. Sənədin 5-ci maddəsi gender bərabərliyi ilə bağlı vəziyyətin 2030-cu ilə kimi ən az 50 faiz yaxşılaşdırılmasını nəzərdə tutur.
Bura daxildir:
- Qadınlara qarşı şiddəti aradan qaldırmaq
- Qadın sünnəti və erkən nikahlara qarşı qəti addımlar
- Qadınların cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çatımlığını artırmaq
- Qadınların reproduktiv hüquqlarını qorumaq və s.