Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Heç bir ölkə 2030-cu ilə kimi gender bərabərliyini tam bərqərar edə bilməyəcək

03 İyun 2019
A A
Heç bir ölkə 2030-cu ilə kimi gender bərabərliyini tam bərqərar edə bilməyəcək

Qadınların beynəlxalq tətili zamanı Los-Ancelesdə bir aktivist “bərabər iş üçün bərabər əmək haqqı” şüarı yazılan plakat qaldırıb. Foto: Ronen Tivony/LightRocket/Getty Images

Ölkələrdə gender bərabərliyinin vəziyyətini öyrənmək üçün ilk dəfə qlobal indeks hazırlanıb.

Guardian yazır ki, indeksin nəticələrinə görə, heç bir ölkə 2030-cu ilə qədər gender bərabərliyinə tam nail olmağa hazır deyil.

Bildirilir ki, ölkələr qadınların həyat şərtlərini yaxşılaşdırmaq üçün kifayət qədər səy göstərmir. İndeksdə yüksək bal toplayan Skandinaviya ölkələri belə gender bərabərliyinə tam nail olmaq üçün böyük addımlar atmalıdır. Hazırda 2,8 milyard qadın onlara normal həyat şəraiti yaradılmayan və bunun üçün səy göstərməyən ölkələrdə yaşayır.

Qadınların həyatına təsir edən müxtəlif meyarlar nəzərə alınaraq ölkələrə 100-ə qədər bal verilib.

Bu meyarlar hansılardır:

  • Qadınların online bank sistemindən istifadəsi
  • İnternetə çıxış imkanları
  • Təmiz su mənbələrindən istifadə
  • Kişilərlə eyni miqdarda maaş almaq imkanı
  • Parlamentdə təmsil olunma
  • Şiddətə məruz qalma halları və s.

Planetdəki qadınların 95 faizinin yaşadığı 129 ölkənin ümumi göstəricisi 65.5 bal olub ki, bu da onların qoyulan hədəfdən çox uzaq olduqlarını göstərir.

Bu 3 qlobal regiondakı heç bir ölkə gender bərabərliyi barədə “yaxşı” hesab edilməyib.

  • Qara Afrika (sub-Sahara Afrika) (33 ölkə)
  • Yaxın Şərq və Şimali Afrika (11 ölkə)
  • Latın Amerikası və Karib (21 ölkə)

Cəmi 21 ölkə 80 və daha artıq bal toplaya bilib. 21 ölkə isə 50-dən daha az bal toplayıb. Birinci pillədə 89.3 balla Danimarka yerləşib:

10. Avstraliya 85.2
17. Böyük Britaniya 82.2
28. ABŞ 77,6
40.Gürcüstan 72.8
49.Ermənistan 70,6
59.Rusiya 67,6
61. Azərbaycan 67.5
70. Türkiyə – 65.2
74. Çin 64.7

Siyahının sonunda isə 33.4 balla Çad yer alıb.

BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) barədə sənəd imzalayıb. Sənədin 5-ci maddəsi gender bərabərliyi ilə bağlı vəziyyətin 2030-cu ilə kimi ən az 50 faiz yaxşılaşdırılmasını nəzərdə tutur.

Bura daxildir:

  • Qadınlara qarşı şiddəti aradan qaldırmaq
  • Qadın sünnəti və erkən nikahlara qarşı qəti addımlar
  • Qadınların cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çatımlığını artırmaq
  • Qadınların reproduktiv hüquqlarını qorumaq və s.
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia