Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İşgəncə ilə öldürülən zabitlərin ailələri Müdafiə Nazirliyini məhkəməyə verir

12 İyun 2019
A A
İşgəncə ilə öldürülən zabitlərin ailələri Müdafiə Nazirliyini məhkəməyə verir

Dövlətə xəyanətdə günahlandırılaraq həbs olunan və işgəncələrə məruz qalan hərbçilərin valideynləri aprelin 12-də Prezident Administrasiyası qarşısında aksiya keçirib. Foto: Turan

2017-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq işgəncələr nəticəsində ölən hərbçilərin ailələri Müdafiə Nazirliyini məhkəməyə verir.

Turan yazır ki, ailələr bu qərarı mərhum zabit Səxavət Binnətovun xanımı nazirliyi məhkəməyə verib 200 min manat kompensasiya tələb etdikdən sonra veriblər.

Mərhum zabit Elşən Mirzəyevin xanımı Günay İbrahimova ərinin ölümündə Müdafiə Nazirliyini günahlandırır:

Onu dövlətə xəyanətdə ittiham ediblər və ölənə qədər işgəncə veriblər. Bundan sonra məhkəmə qərar çıxarıb ki, ittiham təsdiqlənməyib. Buna görə kim cavab verəcək? Mənim maddi durumum çətinləşib. Evimiz yoxdur, ailə başçısını itirmişik, azyaşlı övladım var. Uşaq keçirdiyi stressdən ürək xəstəliyi tapıb, dərman sayəsində yaşamağa məcburdur

Digər zabit Sahib Qafarovun xanımı Natəvan Qafarova da kompensasiya və ona mənzil verilməsini tələb edir.

Nə baş verib: 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, DİN və Müdafiə Nazirliyi birgə bəyanat yayaraq Tərtər rayonunda erməni kəşfiyyatı ilə əməkdaşlıq edən bir qrup hərbçi və mülki şəxsin ifşa olunduğunu bildirib. İstintaq zamanı onlarla şəxs həbs edilib və qeyri-rəsmi məlumatlara görə, bu zaman 8 nəfərə işgəncə verilib. Sonradan onlardan 4-ü günahsız olduğuna görə məhkəmə tərəfindən bəraət alıb.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia