Böyük Britaniya “WikiLeaks”in hazırda bu ölkədə həbsdə olan yaradıcısı Culian Assancı ABŞ-a təhvil vermək qərarına gəlib.
Guardian yazır ki, bu barədə daxili işlər naziri Sacid Cavid bu gün iştirak etdiyi verilişdə açıqlama verib.
Nazir ABŞ-ın ekstradisiya ilə bağlı rəsmi müraciət etdiyini deyib:
Mən hər zaman ədalətin bərqərar olduğunu görmək istəyirəm. Bizə qanuni formada ekstradisiya tələbi gəldi və mən onu imzaladım. Son qərarı isə məhkəmə verəcək. Assanc sabah məhkəmə qarşısına çıxacaq
Culian Assanc ABŞ-ın Ədliyyə Departamentinin hazırladığı 18 maddə üzrə ittihamla üz-üzədir. O, məxfi məlumatları yaymaq və dövlət kompüterindən məlumat sızdırmaqda günahlandırılır.