Çərşənbə axşamı, 9 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanda yeni yaradılan komissiya pasiyentlərin sağlamlığına vurulan zərəri müəyyən edəcək

18 İyun 2019
A A
Azərbaycanda yeni yaradılan komissiya pasiyentlərin sağlamlığına vurulan zərəri müəyyən edəcək

Foto: pixabay

“Pasiyentin hüquqları haqqında” adlanan yeni qanun layihəsi hazırlanıb.

Report yazır ki, qanun layihəsinin 29-cu maddəsinə görə, pasiyentə tibbi yardımın göstərilməsi zamanı sağlamlığına ziyan yetirildiyi hallarda zərərin ödənilməsi hüququ var. Onun sağlamlığına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyətin şərtləri və qaydaları, habelə kompensasiyaların ödənilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Hüquqazidd olan və sağlamlığa zərər vuran halları komissiya və ya məhkəmə müəyyən edə bilər.

Komissiya nə iş görəcək?

  • Pasiyentin hüquqlarının pozulması faktını və sağlamlığa dəyən zərərin həcmini müəyyən edir,
  • Sağlamlığa vurulan zərərin ödənilməsi sahəsində yaranan mübahisəli məsələləri məhkəməyədək və ya məhkəmədən kənar həll edir,
  • Hüquqların pozulması ilə əlaqədar şikayət və müraciətlərin əsaslılığını yoxlayır,
  • Qanunazidd hərəkət edənlərin tibbi və əczaçılıq fəaliyyətinə görə lisenziyasının dayandırılması və ya ləğv edilməsi haqqında vəsatət qaldırır,
  • Tibb və əczaçılıq işçilərinin hərəkətlərində cinayət tərkibli əməl mövcud olduqda materialları aidiyyəti üzrə göndərir,
  • Qanunazidd olan faktlar üzrə məhkəmə qarşısında iddia qaldırır,
  • Qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri yerinə yetirir.

Pasiyent və ya onun nümayəndəsi və (və ya) tibb müəssisəsi komissiyanın qərarı ilə razılaşmadıqda qərarın surətinin ona yazılı təqdim olunduğu gündən 30 gün ərzində məhkəməyə müraciət edə bilər.

Hazırda pasiyentin hüquqları 1997-ci ildə qəbul olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimlənir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia