Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Dünyada 70 milyondan çox insan sığınacaq axtarır

19 İyun 2019
A A
Dünyada 70 milyondan çox insan sığınacaq axtarır

Foto: refugeecouncilusa

20 iyun Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar dünyadakı qaçqınların sayı açıqlanıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) “Qlobal tendensiyalar” hesabatına görə ötən il zorla didərgin salınmış insanların sayı son 70 ilin ən yüksək həddinə çatıb.

Hesabatda bildirilir ki, 2018-ci ildə dünyada qaçqın vəziyyətinə düşən və sığınacaq axtaranların sayı 2.3 milyon nəfər artaraq 70.8 milyona çatıb. Bu rəqəmin təqribən yarısını uşaqlar təşkil edir. Qaçqın uşaqlardan 111 mini valideynlərindən ayrı düşüb və tək başına həyatda qalmağa çalışır.

Hesabatda bu ilki rəqəmin 20 il əvvəlki ilə müqayisədə 2 dəfə çox olduğu qeyd olunur və real rəqəmlərin daha çox ola biləcəyi də istisna edilmir.

Hazırda dünyada hər gün 37 min nəfər yaşadığı yeri tərk etmək məcburiyyətində qalır.

70.8 milyona kimlər daxildir?

Birinci qrup: Müharibə və münaqişələrə görə ölkəsini tərk edənlər. Onların sayı 2018-ci ildə 500 min artaraq 25.9 milyona çatıb.

İkinci qrup: Sığınacaq üçün müraciət etdikləri ölkədən cavab gözləyən 3.5 milyon immiqrant

Üçüncü qrup: Öz ölkələrindən kənara çıxa bilməyən, ölkə daxilində başqa bir əraziyə köç edən 41.3 milyon nəfər.

Dünyanın ən çox qaçqın çıxan ölkələri:

  • Suriya
  • Əqanıstan
  • Cənubi Sudan
  • Myanma
  • Somali

Yaşadıqları yeri tərk etməli olan milyonlarla qaçqının yükü əsasən varlı qərb ölkələrinin deyil, daha yoxsul və inkişaf etməkdə olan ölkələrin üzərindədir. Varlı ölkələrdə hər 1000 nəfərə 2.7 qaçqın düşdüyü halda daha kasıb ölkələrdə bu rəqəm 5.8-dir. Ən kasıb ölkələr dünyadakı bütün qaçqınların üçdə birinə ev sahibliyi edir.

 

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia