Prezident İlham Əliyev Ramil Usubovun daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ramil Usubov bundan sonra Prezident yanında Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyət göstərəcək. Daxili işlər naziri vəzifəsini isə Vilayət Eyvazov icra edəcək.
Prezidentin digər bir sərəncamı ilə Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib. Dövlət başçısının müvafiq sərəncamları ilə həmin vəzifəyə Əli Nağıyev gətirilib, Mədət Quliyev isə müdafiə sənayesi naziri təyin edilib.