Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında baş verən partlayış və ondan yaranan yanğın nəticəsində 1 nəfər ölüb, yaralananların sayı isə 71-ə çatıb. Xəsarət alanlardan 5-i uşaqdır.
Hökumət şəhərdə fövqaladə hal elan edib. Hadisə ilə əlaqədar bütün şəhər əhalisi (43 min nəfər) təxliyə edilib.
Partlayışın səbəbi hələlik bilinmir. Hadisə ilə bağlı istintaq başladılıb.