Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İran ABŞ-ın yeni sanksiyalarını diplomatiyanın sonu hesab edir

25 İyun 2019
A A
İran ABŞ-ın yeni sanksiyalarını diplomatiyanın sonu hesab edir

İran XİN-in mətbuat katibi Seyid Abbas Musəvi . Foto: AFP

İran ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaların Vaşinqton ilə diplomatik əlaqələrin dayandırılması mənasına gəldiyini bəyan edib.

Reuters yazır ki, bu barədə İran XİN-in mətbuat katibi Seyid Abbas Musəvi “Twitter” hesabında yazıb:

İranın dini liderlərinə və digər səlahiyyətli şəxslərə sanksiyaların tətbiq edilməsi Trampın çarəsiz hökuməti ilə diplomatik kanalın daimi bağlanması deməkdir. Tramp hakimiyyəti qlobal sülh və təhlükəsizliyi təmin etmək məqsədilə qurulan bütün beynəlxalq mexanizmləri məhv edir

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton isə Vaşinqtonun müzakirələrə açıq olduğunu deyib:

İranın eləməli olduğu tək iş həmin açıq qapıdan keçmək və ABŞ ilə nüvə proqramı barədə danışıqlar aparmaqdır

Nə baş verib: D.Tramp dünən İranın ali lideri Ayətullah Əli Xameneyiyə və ölkənin digər yüksək səlahiyyətli şəxslərinə qarşı sərt sanksiyalar tətbiq etməklə bağlı müvafiq fərman imzalayıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qoyulan sanksiyalar bu həftədən sonra qüvvəyə minəcək. Tramp öncə sanksiyaların İranın ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurması və Oman körfəzində iki tankerə edilən hücumlara cavab olduğunu desə də, daha sonradan sanksiyaların bu hadisələrlə əlaqəsi olmadığını deyib. Tramp daha öncə də İrana hücum təşkil etdiklərini, ancaq çoxlu sayda insanın öləcəyini nəzərə alaraq son anda bu fikirdən daşındıqlarını açıqlayıb.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia