Çin dövlət mediasının yazdığına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Sincan vilayətindəki insanların xoşbəxt olduğunu deyib.
Deutsche Welle yazır ki, Həmin vilayətdə yaşayan müsəlman əhali ilə bağlı siyasətinə görə tənqid olunan Çinin, dövlət televiziyası Ərdoğanın bu sözləri ölkə başçısı Si Cinpin ilə görüşündə dediyini bildirib.
Bu həqiqətdir ki, Çinin Sincan vilayətindəki insanlar xoşbəxt həyat yaşayır. Türkiyə ilə Çin arasındakı münasibətləri heç kim poza bilməz. Türkiyə radikallığın qəti əleyhinədir və Çin ilə qarşılıqlı siyasi etibarı və etibarlı əməkdaşlığı gücləndirmək arzusundadır – Ərdoğan deyib.
Nə baş verib: Çin hökuməti Sincan vilayətində yaşayan uyğur və digər etnik qruplardan ibarət olan müsəlman azlıqlara qarşı siyasətini terrorla mübarizə adlandırır. BMT 1 milyona yaxın uyğur və digər etnik qrupların xüsusi kamplarda saxlanıldığını ehtimal edir.