Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bu gün oğlu ölən polis polkovniki barədə nələri bilirik?

11 İyul 2019
A A
Bu gün oğlu ölən polis polkovniki barədə nələri bilirik?

Bakı Ağır Cinayətlər Məhkəməsi önündə polis maşınları. Foto: Turan

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayevin oğlu bu gün yaşadığı evin pəncərəsindən yıxılıb ölüb. Onun intihar etdiyi, yoxsa ehtiyatsızlıqdan yıxıldığı dəqiq məlum deyil.

Əlaslan Ağayev 2011-ci ildə polis günündə “İgidliyə görə” medalı ilə təltif olunub.

2018-ci ildə keşmiş daxili işlər naziri Ramil Usubov ona “Azərbaycan Polisinin 100 illiyi” yubiley medalı verib.

Daxili İşlər Nazirliyinin rəsmi saytında “Vətəndaşlar etiraf edir” bölməsində rəisin adı var və onun vətəndaşlara problemlərin arada qaldırılmasında kömək etdiyi qeyd olunur.

Eyni zamanda mətbuatda onun adı hallanan şikayət və narazılıqlar da var. 2015-ci il oktyabrın 1-i axar.az saytında dərc olunan məqalədə iddia olunur ki, Əlaslan Ağayevin oğlu AMEA-nın elmi işçisini döyüb. elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bu hadisə ilə bağlı 102 xidmətinə şikayət etmək istəsə də Əlaslan Ağayevin onu təhdid etdiyini iddia edib.

Əlaslan Ağayev şikayət edəcəyim təqdirdə evimə narkotika atdıraraq məni gecə ilə evdən götürüb başıma oyun açaraq, yox etdirəcəyi ilə hədələdi – Ə.Vəliyev deyib.

Onun iddiası ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif açıqlama verib və deyib ki, yazılanlar həqiqətə uyğun deyil.

Əlaslan müəllim DİN orqanlarında yetərincə tanınmış, intellektual, öz işinin peşəkarı və yüksək intizama malik bir zabitdir. Bundan başqa, onu tanıyanlar Əlaslan müəllimin yüksək insani keyfiyyətlərə sahib ailə başçısı olduğunu yaxşı bilir. Buna görə də baş vermiş hadisənin kifayət qədər şişirdildiyi qənaətindəyəm – açıqlamada deyilir.

Əlaslan Ağayevin adı həm də saxlanılan şəxsə təzyiq göstərməkdə hallanır. Keçmiş siyasi məhbus Qiyas İbrahim 2016-cı ilin mayında, Heydər Əliyevin heykəlini yazdıqdan sonra həbs olunan zaman onun xoşagəlməz rəftarı ilə üzləşdiyini deyir:

Məni Baş Polis İdarəsinə aparanda onun qarşısına çıxardılar, dedi mənim qabağımda diz çökürlər. İşgəncə, döymək əmrlərini o verirdi, sorğu edirdi. Ayağından corabını çıxardıb göstərirdi ki, mənim “kantuziya”mdır müharibədə, sənin qohumlarınsa çətin ki, döyüşüb. Sən və sənin kimilər vətən xainisiz. Sonra Nərimanov polis idarəsinə aparılanda ora gəlmişdi yenə. Dedi ki, siqaret çəkmirsən? Nolar, orda çəkərsən. Çiyinlərinə “vosmi” də vurdurarsan. Gedirsən 10 il..

Q.İbrahim 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəcanmı ilə azadlığa buraxılandan sonra da polisə çağrılıb. Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovdan əvvəl o, Əlaslan Ağayevin qəbuluna aparılıb.

Onun qarşısına çıxardılar. Dedi otur, mən də təklif etdim ki, bəlkə diz çöküm?

Bundan sonra əsəbləşdi və mənə qışqırmağa başladı, sonra da xəbərdarlıq elədi:

Bir dəfə yatıb çıxdın, indi birdəfəlik bataqlığa batmağı özün seç, mənim sənə son deyəcəyim budur, bir də prezidentimə qarşı nə isə yazsan, gələn dəfə sənlə söhbəti burada mənim yanımda həll etməyəcəklər.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia