Bu ilki Qurban bayramında “Kənddən şəhərə” layihəsi çərçivəsində onlayn qurbanlıq sifariş vermək mümkün olacaq. AzərTAc yazır ki, bu layihəni Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti həyata keçirir.
Vətəndaşlar https://kenddenshehere.az/qurbanliq saytına daxil olaraq 9 avqust 23:59-a qədər qurbanlıq qoyunları öncədən sifariş verə və Bakı Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində onlayn şəkildə növbə götürə bilərlər.
Sifariş qəbul ediləndən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra həmin vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq, o bildirişi göstərməklə sifariş etdiyi qurbanlığı ala biləcək.