Rusiyada müxalifət lideri Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondunun (FBK) bank hesabına həbs qoyulub və Navalnının regional qərargahları bağlanıb. Dojd yazır ki, bu barədə məlumatı fondun mətbuat katibi Kira Yarmış yayıb. Mətbuat katibi deyib:
Əgər insanlar indi həmin fonda ianə göndərsə, həmin pullar bizə çatmayacaq
Fondla yanaşı onun əməkdaşı Ruslan Şaveddinovun da şəxsi bank hesabına həbs qoyulub.
FBK-nın ofisi və əməkdaşları ilə bağlı milyardlarla rubl pulun yuyulması ittihamı ilə araşdırma aparılır.