ABŞ prezidenti Donald Tramp administrasiyası Qrenlandiyanı kirayələmək üçün Danimarkaya illik 600 milyon dollar təklif edib. The Washington Post yazır ki, razılıq əldə etmək üçün birdəfəlik ödəmə də nəzərdə tutulub, lakin onun məbləği məlum deyil.
Nə baş verib: 16 avqustda WSJ Trampın Qrenlandiyanı almaq istədiyi barədə məlumat yayıb. Xəbərdə bildirilib ki, ABŞ prezidenti vəkillərə satınalma ilə bağlı məşğul olmağı tapşırıb. Məqalədən iki gün sonra Tramp belə bir fikrinin olduğunu təsdiqləyib. Buna cavab olaraq isə Danimarkanın baş naziri Mette Frederiksen bunu absurd müzakirə adlandırıb.
Trampın Danimarkaya cavabı: ABŞ prezidenti Donald Tramp Danimarkanın baş naziri Mette Frederiksenin imtina cavabına görə onla görüşü təxirə salıb. Prezident Tvitterdə yazıb ki, əgər baş nazir həmin ərazinin satışında maraqlı deyilsə, onda o da iki həftə sonraya planlaşdırılan görüşü təxirə salır.