Hizbullah lideri Həsən Nəsrallah İsraili Suriya və Livandakı hücumlarına görə təhdid edib. İsrail baş naziri Benyamin Netanyahu isə onu sakit olmağa çağırıb:
Nəsrallahın sözlərini eşitdim. Məsləhət görürəm ki, sakit olsun. İsrail dövləti özünü müdafiə edir və düşmənlərindən necə intiqam aldığını o, çox yaxşı bilir.
Nə baş verib: Ötən həftəsonu İsrailin Suriyanın paytaxtı Dəməşq yaxınlığına hücum etdiyi barədə məlumat yayılıb. Nəsrallah buna görə İsraili təhdid edib və deyib ki, bunun qarşılığında səssiz qalmaq olmaz: “Bunun cavabını mütləq verəcəyik. Heç kim özünü təhlükəsizlikdə hiss etməsin”.