Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında vəkil Adil İsmayılovun fəaliyyətinə 1 illik qadağa qərarı çıxarılıb.
Nə baş verib: Bu ilin mart ayında iki həmkarı Adil İsmayılovu Vəkillər Kollegiyasının rəhbərliyi haqqında sosial şəbəkədə “böhtan xarakterli məlumatlar yaymaqda” ittihamı ilə şikayət ediblər.
Söhbət nədən gedir: Vəkillər Kollegiyasına həm üzvlük haqqı, həm də bundan əlavə, müdafiə etdiyi işlərdən aldığı qonorardan hər ay iki faiz qurumun sığorta fonduna vəsait ödəyir. A. İsmayılov deyir ki, aylıq üzvlük haqları minimum əmək haqqına bağlandığından minimum əmək haqqı artdıqca vəkillərin də üzvlük haqqı artır. Onun sözlərinə görə son artımdan sonra üzvlük haqqı 52 manatdan 72 manata qədər artıb.
A. İsmayılov facebook-da paylaşım edərək Vəkillər Kollegiyası istifadə etdiyi binaya icarə üçün ödənilən məbləğ, həmin binanın kimə məxsus olması və yığılan üzvlük haqlarının xərclənməsilə bağlı məlumat almaq istəyib:
Bu sualları vermək mənim hüququmdur, cavab vermək onların borcudur, vəzifəsidir. Çünki mən Vəkillər Kollegiyasının üzvüyəm və həm də bu qurumun təsisçilərindən biriyəm.