ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, hazırda Rusiyada yaşayan Edvard Sonuden ABŞ Milli İctimai Radiosuna (NPR) telefonla müsahibə verib. Casusluq haqqında qanunu pozmaqda ittiham olunan E.Snouden ABŞ-a qayıtmaq üçün şərtlərindən, insanların məlumatlarının hazırda da ələ keçirilməsinin davam etdiyindən və Rusiyada yaşamağı barədə danışıb.
Rusiyada yaşamağı haqqında
İnsanlar unudurlar ki, burada olmaq mənim seçimim deyildi. Rusiyada yaşamaq mənim seçimim deyildi. 27 ölkəyə sığınacaq üçün müraciət etmişdim və ABŞ hökuməti mənim pasportumu ləğv etmişdi.
Rusiya xüsusi xidmət orqanları bura ilk dəfə gələndə mənlə əməkdaşlıq etmək istəyirdi, amma mən təklifi rədd etdim. Bunun da sübutu 40 gün hava limanında qalmağımdır. Əgər oyun oynasaydım onda mən elə ilk gün hava limanını tərk edərdim. Sarayda yaşayardım və siz Qırmızı Meydanda mənim üçün edilən parad görərdiz.
Rusiya hökumətinə məlumatlar verdiyi iddiası haqda
Mən Rusiya hökumətinə heç nə verməmişəm. Reallıq budur; Mən gizli materiallara çıxışımı Honq Konqu tərk etmədən əvvəl özüm dağıtmışdım, çünki bilmirdim ki, sonra nə baş verə bilər.
Adi faktlara diqqət edin, mənim ictimai mövqeyimə baxın. Mən Rusiya hökumətinin siyasətini, insan hüquqlarının durumunu, hətta adı ilə Rusiya prezidentini mütəmadi tənqid edirəm. Mənim onları təmin edəcək bir şeyim yoxdur. Rusiya hökumətini tənqid edirəm, sizi və bu tənqidçiləri razı salmaq üçün daha başqa nə edə bilərəm? Onları razı salacaq heç nə yoxdur, bu sadəcə onların Rusiyaya inamsızlığıdır.
ABŞ-a qayıtmağı barədə
Snouden müsahibədə deyir ki, mühakimə olunmaq üçün ABŞ-a o halda qayıda bilər ki, məhkəmənin münsiflər heyətinə jurnalistlərə informasiya sızdırdığını deyə bilsin və sızdırdığı materialları münsiflər heyəti də görə bilsin. Bununla o, düz edib-etmədiyini özü üçün müəyyənləşdirmək istəyir:
Münsiflər heyəti bu informasiyanın açıqlanmağının doğru olub-olmadığını qiymətləndirə bilmədiyi təqdirdə informasiya sızdırmaq barədə ədalətli məhkəmə ola bilməz. Yalnız həbs olunmaq üçün geri qayıtmaqla o, oxşar vəziyyətdə olan başqaları üçün yaxşı nümunə ola bilmərəm.
Heç kim məlumat ötürən olmur, çünki bunu istəyirlər. Heç kim xəbər ötürən olmur çünki bunun xoşbəxt sonluğu var.
İzlənmənin davam etməsi ilə bağlı
Snouden xəbərdarlıq edib ki, data toplanması hələ də davam edir.
Sizin soyuducunuzdan datanı sizin telefonunuz, hökumət informasiya toplayır. Bu informasiyanın hara getdiyi isə bizdən gizlədilir. Biz artıq öz texnologiyamızın tərəfdaşı deyilik. Böyük mənada biz təəssüf ki, artıq öz hökumətimizin də tərəfdaşı deyilik. Və bu təhlükəli trenddir.