“Gəncə işi” ilə bağlı Sabunçu Rayon Məhkəməsində bu gün keçirilən iclasda növbəti qrupa hökm oxunub.
Hökmə əsasən;
Bəkrəm Əliyev – 15il
Həbib Qurbanov – 8 il
Mirzə Hüseynov – 5 il
Asif Cavadov – 5 il azadlıqdan məhrum edilib.
APA yazır ki, məhkəmənin qərarı ilə iki nəfər – Vüqar Hüseynov, Emil Məmmədov azadlığa buraxılıblar. Şahin Verdiyev 2 il və Elmir Hüseynzadə 3 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıblar.
Nə baş verib: 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazov güllələnib. Ardınca iyulun 10-da Gəncədə iki polis əməkdaşı qətlə yetirilib. Hər iki faktla bağlı cinayət işi başlanıb. Ümumilikdə təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var. Həbs olunanlardan bir qisminin məhkəməsi başa çatıb.