Son 24 saat ərzində hökumət əleyhinə etiraz aksiyalarının keçirildiyi İraqda sosial şəbəkələrə giriş məhdudlaşıb. Deutsche Welle yazır ki, ölkənin bir çox yerində -Twitter, Facebook ve Instagram sosial şəbəkələrinə, eləcə də WhatsApp-a giriş mümkün deyil.
Saytlara girişin bloklanmasına nəzarət edən NetBlocks iddia edir ki, paytaxt Bağdad da daxil olmaqla ölkənin əksər yerlərində ümumiyyətlə internetə çıxışda da problemlər var.
Etiraz aksiyalarının nöyük əksəriyyəti sosial şəbəkələr vasitəsilə təşkil olunur.
Korrupsiya ilə mübarizə, iş yerlərinin açılması tələbi ilə keçirilən aksiyalarda təhlükəsizlik qüvvələri ilə baş verən qarşıdurmalarda indiyə qədər 9 nəfər həlak olub.